İranın xarici işlər naziri bu həftə sonu Səudiyyə Ərəbistanına səfər edəcək

İranın xarici işlər naziri bu həftə sonu Səudiyyə Ərəbistanına səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bu həftə sonu Səudiyyə Ərəbistanına səfər edəcəyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Şərqu'l Avsat qəzetinin adı açıqlanmayan mənbəyə əsaslanaraq ərəbcə nəşr etdiyi xəbərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu həftə sonu Səudiyyə Ərəbistanına gedəcəyini açıqlayıb.

Bildirilir ki, Əmir Abdullahiyan Ər-Riyada bir günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşəcək.

Son açıqlamasında Əmir Abdullahiyan tezliklə Ər-Riyada səfər edəcəyini və bu səfərdə İranın Ər-Riyaddakı yeni səfirinin də onu müşayiət edəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR