İran İslam Respublikasının təhlükəsizlik naziri İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri Möhsin Fəxrizadənin qisasının alınacağını bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi Dr.Fəxrizadənin qətlə yetirilməsi münasibətilə bir müraciət ünvanlayıb.
O İranın nüvə aliminin qətlə münasibətilə başsağlığı verərək ölkənin təhlükəsizlik qüvvələri tərəfindən bu vəhşicəsinə cinayətin satqın və terrorçu amillərinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığını və bu terrorun qisasının alınacağını vurğulayıb.
Qeyd edək ki, Fəxrizadə dünən günortadan sonra qətlə yetirilib.