İran İslam Respublikasının Səhiyyə Nazirinin müavini koronavirusa yoluxub
Rasthaber Azərbaycan Mehr agentliyinə istinadən xəbər verir ki, İranın Səhiyyə nazirinin müavinində koronavirusun yeni növü olan Covid 19 aşkarlanıb.
Məlumata görə, İranın Səhiyyə nazirinin müavini İrac Hərirçi bu haqda özü məlumat verib.
Hərirçi özünün sosial şəbəkə profilində "Koronavirusa qalib gələcəyik.", -deyə bildirib.
O həmçinin işlərini telefonla həll etdiyini də qeyd edib.