"İran İslam Respublikası, sanksiya dönəmində yerli biliklərə güvənərək yüz illik bir yolu qət edib."
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Nəməki deyib.
Tibbi simulyatorların təqdimatı mərasimində çıxış edən Səid Nəməki, İranın digər tibbi nailiyyətlərlə yanaşı, koronavirus peyvəndinin istehsalı sahəsindəki uğurunun, bu ölkənin dünyanın ən böyük texnologiya və tibb elmləri mərkəzlərindən biri olduğunu sübut etdiyini vurğulayıb.
İranın səhiyyə naziri qeyd edib ki, İran koronavirusa qarşı peyvəndin istehsalı sahəsində dünyanın ən tanınmış altıncı ölkəsi sayılır, hansı ki, ilk mərhələdən sona qədər Covid-19 peyvəndini hazırlaya bilər. İran, həmçinin tibbi təchizatların istehsalında dünyanın ilk beş ölkəsindən biridir.
O, İranda tibbi təchizatların istehsalının əlverişli qiymətini nəzərə alaraq, yaxın gələcəkdə İranın tibbi təchizatlarının ixracı üçün yaxşı bazarların təmin ediləcəyini söyləyib.