İranın səhiyyə naziri: Özünüzü fırtınaya hazırlayın

İranın səhiyyə naziri: Özünüzü fırtınaya hazırlayın

Nazir Qum əyalətində Covid 19 mövzusunda bir tədbirdə çıxış edib

İranın yarı rəsmi xəbər agentliyi Tasnim-ə görə, Qum əyalətində Covid 19 mövzusunda bir tədbirdə çıxış edən ölkənin səhiyyə naziri Səid Nəməki, COVİD 19-un mutasiyaya uğramış variantının təsirilə ölkədə yoluxma sayının artacağını deyib.
Rasthaber Azərbaycan xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki sonra deyib:
"Özünüzü fırtınaya hazırlayın. Vəziyyətin eyni olacağını düşünmürəm və şiddətli bir fırtına ilə qarşı-qarşıya qalacağımıza və buna hazır olmalıyıq."
Nazir həmçinin xalqı koronavirusa qarşı tədbirlərə əməl etməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR