İran İslam İnqilabının lideri ayətullah Əli Xamenei istifadəsinə icazə verilən xarici vaksinlərə qadağa qoymayıb.
Az.rasthaber.com “Farsnews”a istinadla xəbər verir ki, belə bir bəyanatla İranın səhiyyə naziri Səid Nəməki çıxış edib.
Jurnalistlər önünə çıxan nazir bildirib ki, rəhbərlik etdiyi qurum risk qrupuna daxil vətəndaşların vaksinasiyasına dair plan hazırlayıb və işlər də bu plana uyğun davam etdiriləcək.
Nəməki həmçinin əlavə edib ki, ayətullah Xamenei İranın öz vaksinini istehsal edənə qədər xaricdən gətirilən bütün vaksinlərə qadağa qoymayıb.
Xatırladaq ki, bir neçə gün öncə çıxışlarının birində İranın Ali dini rəhbəri bildirmişdi ki, ABŞ və Böyük Britaniya kimi terrorçu dövlətlərin koronavirusa qarşı istehsal etdikləri peyvəndlərə etibar etmir və bu səbəbdən də onların ölkəyə gətirilməsini qadağan edib.