Sanksiyaların ləvği üzrə səylərlə yanaşı, İranın əsas strategiyası sanksiya vasitələrinin neytrallaşdırılması üçün mexanizmlərin yaradılmasıdır.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.
O, Vyanada danışıqlarındakı qalan məsələlərin tezliklə həllinin vacibliyini vurğulayaraq qeyd edib ki, ABŞ-ın xəyanət, namərdlik və vəfasızlığını və Avropanın da hərəkətsizliyi ilə bağlı acı təcrübəni nəzərə alaraq, Vyanada olduqca etibarlı, balanslaşdırılmış və möhkəm bir sazişə nail olmaq lazımdır.
"İranın əsas strategiyası, sanksiyaların ləğvi istiqamətindəki səylərlə yanaşı, sanksiya alətlərinin neytrallaşdırılması üçün mexanizmlərin yaradılmasının üzərində fokuslanmaqdır və xoşbəxtlikdən, bu istiqamətdə artıq olduqca yaxşı addımlar atılıb", - deyə o əlavə edib.