İranın nüvə proqramı üzrə müzakirələr Körfəz ölkələrindən birində keçiriləcək

İranın nüvə proqramı üzrə müzakirələr Körfəz ölkələrindən birində keçiriləcək

Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı müzakirələr yaxın günlərdə Körfəz ölkələrindən birində keçiriləcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, müzakirələrin keçiriləcəyi yerlə bağlı yaxın gələcəkdə qərar qəbul olunacaq.

Səid Xətibzadə vurğulayıb ki, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə əməl edəcəyinə söz verib.

Xəbəri paylaş

VİDEOLAR