İranın nümayəndə heyəti Avtriya paytaxtına gedib

İranın nümayəndə heyəti Avtriya paytaxtına gedib

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçi Əhatəli Müştərək Təşəbbüs Proqramı (ƏMTP) üzrə birgə komissiyanın iclasında iştirak etmək məqsədilə dünən gecə Avstriyanın paytaxtı Vyanaya daxil olub.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, aprelin 2-də İranın nüvə anlaşması üzrə birgə komissiyanın 18-ci iclası İran və 4+1 qrupunun nümayəndə heyətləri arasında videokonfrans formatında keçirilib və iştirakçılar bu iclasın davamını aprelin 6-da əyani şəkildə keçirməyi qərara alıblar.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini nüvə anlaşması üzrə birgə komissiyanın onlayn iclasında İranın sanksiyaların tam və birdəfəlik ləğv edildiyi təsdiqlənən an kompensasiya tədbirlərini dayandıracağını bəyan edərək  "ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün hər hansı bir danışıqlara ehtiyac yoxdur və bu baxımdan ABŞ-ın yolu tamamilə aydındır", -deyə bildirib.

İranın nüvə anlaşması üzrə birgə komissiyanın virtual iclasından sonra ABŞ nümayəndə heyətinin də çərşənbə axşamı Vyanada olacağı və İrandan başqa nüvə anlaşmasında qalan digər üzvlərlə danışıqlar aparacağı barədə xəbərlər yayııb.

Bu xəbərlərin yayılması ilə eyni zamanda İraqçi bir açıqlamada bildirib ki, Vyanada keçiriləcək 6 aprel iclasında yalnız nüvə anlaşmasının hazırkı üzvləri iştirak edəcək və ABŞ nüvə proqramı üzrə birgə komissiyasının iclası da daxil, İranın iştirak etdiyi heç bir iclasda olmayacaq və bu qətidir.

Vaşinqton 2018-ci ilin may ayında və Donald Trampın prezidentliyi dövründə birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxıb, Bayden isə bu razılaşmanı yenidən bərpa etmək üçün heç bir addım atmamaqdadır.

Xəbəri paylaş

VİDEOLAR