Suriya prezidenti Bəşər Əsəd İranın müvəqqəti prezidenti Məhəmməd Muhbirlə telefonla danışıb.
Az.rasthaber.com xəbər verir ki, Əsəd prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən heyətin şəhadəti ilə bağlı başsağlığı verib və Suriyanın İranla əlaqələrinin qətiyyətlə davam edəcəyini vurğulayıb.
Prezident Əsəd görüş zamanı Suriyanın İranla tam həmrəy olduğunu və İran dövlətinin və xalqının bu ağrılı hadisənin öhdəsindən gələcəyinə inandığını bildirib.
Məlumat verən iki dost ölkə arasında strateji əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.