İranın Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib

İranın Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib

Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyindən verilən açıqlamada, dünən axşam saatlarında, Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin tədqiqat bölmələrindən birində sənaye qəzası baş verdiyi bildirilib.

Hadisə nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Xəbəri paylaş

VİDEOLAR