Tehranda Fitr bayramı namazı mərasimi zamanı İranlı general bildirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, İranın müdafiə hazırlığı İslam İnqilabının qələbəsindən sonra ən yüksək səviyyədədir.
İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacızadə dünən Tehranda Fitr bayramı namazı mərasimi zamanı bildirib ki, heç kəs müdafiə sahəsindən nigaran olmamalıdır.
"Düşmən xalqın fikrini yayındırmaq üçün təhlükəsizlik nigarançılıqları yaratmağa çalışır, amma İran xalqının müdafiə sahəsində heç bir nigarançılığı yoxdur", -deyə general əlavə edib.
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı düşmənin İranın müdafiə qabiliyyətlərindən nigaran olmasına toxunub. Hacızadə qeyd edib ki, İran İslam Respublikası öz gənclərinə və daxili bacarıqlarına söykənməklə güclüdür.