İranın Mərkəzi Bankı kiberhücuma məruz qalıb

İranın Mərkəzi Bankı kiberhücuma məruz qalıb

Ötən gecə İranın Mərkəzi Bankı, həmçinin yerli messencerlər Bale və Rubika paylanmış xidmətdən imtina hücumlarına məruz qalıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə cümə günü İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Əmir Lacevərdi açıqlama verib.

“Dünən gecə Mərkəzi Bank, həmçinin Bale və Rubik platformaları paylanmış xidmətdən imtina (DDoS) hücumlarına məruz qaldı” deyə Lavevərdi bildirib.

“Son dövrlərdə xarici hücumların əksəriyyəti banklara və maliyyə institutlarına, internet provayderlərinə və kommunikasiya infrastrukturlarına qarşı yönəlib, onların qarşısı alınmaqdadır.”, - deyə Lacevərdi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR