İranın Milli Mediasına yeni rəhbər təyinatı

İranın Milli Mediasına yeni rəhbər təyinatı

İranın Radio-Televiziya Təşkilatına yeni başçı təyin edilib.

İranın Tele-Radio Təşkilatında Əli Əskərinin səlahiyyət müddətinin sona çatması ilə, Ayətullahül Xamenei bir sərəncam imzalayaraq, Peyman Cebellini bu təşkilatın yeni sədri vəzifəsinə təyin edib.

Aliməqamlı Rəhbərin İnformasiya Portalının məlumatına görə, sərəncamda deyilir:

"Milli media ictimaiyyətin bilik səviyyəsini və ümumi maarifini yüksəltmək üçün bir universitet, düşmənlərin təhrif və fitnə dalğaları ilə mübarizə üçün bir arena və hər kəsin  gözəlliyin və sənətin cilvələrindən həzz alması üçün bir sığınacaq, ölkənin ictimai məkanında sevinc və ümid yaymaq üçün bir qərargahdır. Mədəni yönləndirmə, milli və inqilabçı kimlik ruhunu və hissini gücləndirmək, İslam-İran həyat tərzini təbliğ etmək və milli həmrəyliyi gücləndirmək, insan kapitalını inkişaf etdirmək və proqramların keyfiyyətini artırmaqla, təşəbbüsdən istifadə edərək və gecə-gündüz çalışaraq əldə edilməli olan prioritetlərdir". 

Xəbəri paylaş

VİDEOLAR