İslam İnqilabının Böyük Rəhbəri məhkəmə hakimiyyətinin yeni sədrini təyin edib
Rasthaber Azərbaycan-ın məlumatına əsasən, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bir hökmdə Qulamhüseyn Möhsin Ejeyini məhkəmə hakimiyyətinin sədri təyin edib.
Bu hökmdə, əsas qanunda məhkəmə aparatının tapşırıqlarına ciddi yanaşılmasına təkid edən Ayətullah Xamenei xalqın özü ilə əlaqə, pozuntularla qətiyyətli rəftar, pak məhkəmə hakimlərinin xidmətlərinin yüksək dəyərləndirilməsi, faydalı və cihadi qüvvələrin məsuliyyətlərə təyin edilmələri, məhkəmə aparatında müasir texnologiyaların yayılması, mövcud dəyişiklik sənədinin icrası və dəyişiklik rəftarının davam etdirilməsini, özlərinin məhkəmə hakimiyyətinin yeni sədrindən olan gözləntiləri adlandırıb.
Ayətullah Xamenei prezident seçilən Rəisini, keçmiş vəzifəsi olan məhkəmə hakimiyyətinin sədri vəzifəsində gördüyü işlərə görə təşəkkür edib.