İranın Mədəniyyət naziri: Tehran-Bakı hərtərəfli mədəniyyət memorandumu yenidən imzalanmalıdır

İranın Mədəniyyət naziri: Tehran-Bakı hərtərəfli mədəniyyət memorandumu yenidən imzalanmalıdır

İranın Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycanla əlaqələrdən danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, çərşənbə günü, mayın 2-də Məhəmməd Mehdi İsmaili Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşdə iki ölkə arasında mədəniyyət mübadiləsinin bərpasını vurğulayıb.

"Biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istəyirik. İranın Azərbaycan Respublikası ilə ümumi, uzun dəniz və su sərhədi var və mən təklif edirəm ki, sərhəd şəhərlərində mədəni əlaqələr yaradılsın.", -deyə iranlı nazir bildirib.
İranın Mədəniyyət naziri azərbaycanlı həmkarı ilə görüşündə İran və Azərbaycan kinematoqrafçılarının birgə iclasının keçirilməsinin zəruriliyinə işarə edərək, sözlərinə belə davam edib: "Biz iki ölkənin yazıçıları və kinematoqrafçıları arasında birgə görüş keçirməyə hazırıq."
Bu görüşdə İsmaili 13-cü hökumət dövründə qonşularla mədəni əlaqələrin yenidən qurulmasını vurğulayaraq deyib: "İran və Azərbaycan Respublikasının iki xalqı bir-birləri ilə bir çox mədəni, tarixi və sivilizasiyaya görə ortaqlıqlara malikdir və bu səbəbdən, Azərbaycan Respublikasında bir iranlı və İranda sizin ölkənizdən olan şəxs özünü yad hiss etmir."

Xəbəri paylaş

VİDEOLAR