İran İslam Respublikasının Londondakı səfirliyi “Çəmran 1” tədqiqat peykinin uğurla orbitə buraxılması və ölkəmizin kosmos sənayesinin zalım Qərb sanksiyaları fonunda irəliləyişinə işarə edərək, deyib: İranla sanksiya dili ilə deyil, hörmət dili ilə danışın.
Az.rasthaber.com xəbər verir ki, İranın Londondakı səfirliyi X (keçmiş Twitter) sosial şəbəkəsində mesaj dərc edərək yazıb: İran öz “Çəmran” tədqiqat peykini uğurla kosmosa göndərib. İranın özünü müdafiə etmək üçün ölkə-ölkə gəzərək bir raket axtardığı dövr keçdi və bu gün sanksiyalara baxmayaraq, özünün qabaqcıl peykini kosmosa göndərir.
Bu mesajda əlavə edilib: Odur ki, İranla sanksiyalar dili ilə deyil, hörmət dili ilə danışın.