İranın İzə şəhərində üç gün öncə mülki şəxslər və polis qüvvələrinə hücumda əli olanlardan bir qismi ələ keçib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Xuzestan əyalətinin ostandarı Sadiq Xəliliyan deyib.
O, bu gün İzə hücumunda həlak olanların dəfn mərasimi zamanı bildirib ki, bu terroru həyata keçirənlərin bir qismi qaçan zaman ələ keçirilib.
Əyalət başçısı, dindirmələrin davam etdiyini, digər terrorçuların da ələ keçiriləcəyini deyib.
Qeyd edək ki, İzə hücumu motosiklet idarə edən silahlılıar tərəfindən iki gün öncə həyata keçirilib və burada biri uşaq olmaqla yeddi nəfər həyatını itirib.