Berlinin İmam Cüməsi Şeyx Səbahətdin Türkyılmaz bu mövzuda bir məqalə yazıb...
İranın sionist rejimə endirdiyi tarixi zərbə ilə dünyada müstəkbirlərlə müstəzəflər arasında müharibə yeni miqyas alıb.
Aramızda buna xor baxanları tanımaq çətin deyil, amma onları tanıtmaq “mina sahəsi” kimi bir qədər əziyyətli və təhlükəli işdir.
Həqiqəti görmək, söyləmək, təslim olmaq uzaqgörənlik, cəsarət və ədalət tələb edən bir işdir. Müsəlman olmağa ehtiyac yoxdur, vicdanı küt olmayan hər kəs bunu edə bilər. Əgər müsəlmandırlarsa, lakin bu sifətlərə malik deyillərsə, əllərində Quran, dillərində zikr, alınları səcdədə olsalar belə, şər cəbhəsinə xidmət etmiş olurlar.
İranla sionistlər arasındakı müharibəni teatr, şou savaşı və ya əvvəlcədən düşünülmüş döyüş kimi qiymətləndirənlərin şüuraltı həqiqətləri üzə çıxarılmasa, tanımaq çətindir.
Budur onların xüsusiyyətləri:
1-Sionistlərin yalançı əzəmətindən/saxta karizmasından qorxurlar.
Onlar sionistlərin dünyaya hakim olduqlarına və hər yerə nüfuz etdiklərinə inanaraq başqa insanları qorxudurlar, ona görə də onlara müqavimət göstərmək olmaz. Onlar öz ölkələrinin hökmdarlarının ipləri əllərində saxladığını qəbul edərək, ticarət, siyasi, hərbi əlaqələrin kəsilməsinin ziyan vuracağını deyir, aclıq, yoxsulluq, embarqo ilə insanları qorxudurlar.