İranın İsrailə qarşı əməliyyatından sonra Səudiyyə Ərəbistanından AÇIQLAMA

İranın İsrailə qarşı əməliyyatından sonra Səudiyyə Ərəbistanından AÇIQLAMA

Səudiyyə Ərəbistanı İranın pilotsuz uçuş aparatı və sionist rejimə raket hücumundan sonra açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu açıqlama ilə çıxış edib:

“Biz regionda hərbi gərginliyin artması ilə bağlı dərin narahatlığımızı bildirir və bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq.
Biz Təhlükəsizlik Şurasından beynəlxalq təhlükəsizliyin və xüsusilə qlobal sülh və təhlükəsizlik baxımından son dərəcə həssas olan bu regionda sülhün qorunmasında və əhatə dairəsi genişlənərsə daha ciddi nəticələrə səbəb olacaq bu böhranın qarşısının alınmasında üzərinə düşən məsuliyyəti yerinə yetirməsini tələb edirik.".

Xəbəri paylaş

VİDEOLAR