İranın İsrailə hücumu müsəlmanları qürurlandırdı

İranın İsrailə hücumu müsəlmanları qürurlandırdı

Arif Alvi İranın işğal olunmuş ərazilərə raket hücumunu yüksək qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın keçmiş prezidenti Arif Əlvi İranın sionist düşmənə qarşı real vəd-2 əməliyyatı ilə bağlı bunları deyib: “Şəhid Haniyə, şəhid Həsən Nəsrullah və Qəzza xalqının intiqamını almaq üçün İsrailə raket hücumu təşkil etdiyi üçün İrana təşəkkür edirəm”.

Pakistanın keçmiş prezidenti Əlvi İslam dünyasının Tehranın sionist düşmənə qarşı hərəkəti ilə həmrəyliyinə toxunaraq, bu sözləri deyib:

“İranın son əməliyyatı müsəlmanları qürurlandırdı, bu hücuma görə İrana təşəkkür edirəm.

Biz digər İslam ölkələrinin də sionist rejimin Fələstin və Livan xalqlarına qarşı törətdiyi cinayət və qətllərin sona çatmasında rol oynamasını istəyirik. “Biz Pakistanın qurucusu Məhəmməd Əli Cinna kimi Fələstinin Fələstin xalqına aid olduğuna inanırıq”.

Xəbəri paylaş

VİDEOLAR