Vaşinqtonun hərbi rəsmisi bildirib ki, İranın hərbi gəmiləri Fars körfəzində Amerika gəmilərinə təhlükəli şəkildə yaxınlaşır.
Az.rasthaber.com xəbər verir ki, ABŞ mediası çərşənbə axşamı səhər saatlarında, İran sürət qayıqlarının Qərbi Asiya bölgəsində, Amerika gəmilərinə yaxınlaşdığını bildirib.
"Üç sürətli qayıq təhlükəli şəkildə Amerika gəmilərinə yaxınlaşıb. Xəbərdarlıq siqnalından sonra qayıqlar istiqamətini dəyişib", - Amerika hərbi rəsmisi Washington Post qəzetinə deyib.
Bu hesabata görə, adı və yeri açıqlanmayan hərbi rəsmi bildirib ki, sürətli qayıqlar gəmilərə 57 metr yaxın məsafədə yaxınlaşıb.