İranın energetika naziri İraqa səfər edib

İranın energetika naziri İraqa səfər edib

İraqın ən-Nücəbə kanalı İranın energetika nazirinin bu gün Bağdada gedəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İRNA-nın məlumatına görə, Əl-Nücəbə telekanalı bildirib ki, İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabiyan bu gün Bağdada gedəcək.

Bu rəsmi səfər enerji sahəsində İran-İraq əlaqələrinin gücləndirilməsi məqsədilə həyata keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda İraq prezidenti Tehranda İran İslam Respublikasının prezidenti ilə görüşüb və Tehran və Bağdad arasında qaz və enerji sahəsində əlaqələrin davamlılığı vurğulanıb.

Son illərdə İran-İraq əlaqələrinin genişlənməsi bir çox mədəni, siyasi və dini ortaqlıqlar sayəsində hər zaman iki ölkə rəsmilərinin gündəmində olub.

Xəbəri paylaş

VİDEOLAR