İranın Mərkəzi Bankının sədri Fərzin ölkənin Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının sərbəst buraxıldığını təsdiqləyib.
Az.rasthaber.com xəbər verir ki, İranın mərkəzi Bankının prezidenti Məhəmməd Rza Fərzin ölkənin Cənubi Koreyada dondurulmuş valyuta ehtiyatlarının sərbəst buraxıldığını təsdiqləyib.
Rza Fərzin deyib:
"Qətərdəki Əl-Əhli və Əl-Dxan banklarındakı hesablarımıza 5 milyard 573 milyon avro yatırılıb".
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün ABŞ-da saxlanılan 5 İran vətəndaşının bu gün azad ediləcəyini bildirib.
Kənani əlavə edib ki, İranın Cənubi Koreyada bloklanan xarici valyuta aktivləri də bu gün köçürüləcək.
ABŞ İranla məhbus mübadiləsi çərçivəsində İranın 6 milyard dollarlıq vəsaitinin Cənubi Koreyadan Qətərə ABŞ sanksiyalarından azad edilməsinə icazə verib.