Bağdada səfər edən İranın daxili işlər naziri Əhməd Vahidi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, görüş zamanı ikitərəfli məsələlər və Ərbəin mərasimləri müzakirə edilib.
Vahidi ötən gün iraqlı həmkarı Osman Qənimi ilə də görüşüb.
Qeyd edək ki, İranın Daxili İşlər Naziri Ərbəin zəvvarlarının səfərini asanlaşdırmaq üçün İraq rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün dünən Bağdada gedib.