“İranın BRİKS üzvlüyünə qəbulu çoxtərəfliliyi gücləndirəcək”

“İranın BRİKS üzvlüyünə qəbulu çoxtərəfliliyi gücləndirəcək”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin BRİKS üzvü kimi qəbul edilməsinin çoxtərəfliliyi gücləndirəcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri açıqlamasında bildirib:

"İranın BRİKS-ə üzvlüyünü qəbul etməsinin böyük uğuru çoxtərəfliliyi gücləndirməklə yanaşı, dinamik diplomatiyanın həyata keçirilməsində hökumətin məqsədlərinə nail olmaq və digər makro strategiyaların hazırlanması üçün zəmin yarada bilər.".

BRİKS-in 15-ci iclasından sonra Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS-ə üzv ölkələrin liderləri ilə birgə mətbuat konfransı keçirərək sammitdə qəbul edilən qərarları açıqlayıb.

Ramafosa Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Efiopiyanın tamhüquqlu üzv statusu ilə birliyə dəvət edilməsinə qərar verildiyini və qərarın 1 yanvar 2024-cü ildən qüvvəyə minəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR