İranın BMT-dəki nümayəndəsindən İsrailə XƏBƏRDARLIQ

İranın BMT-dəki nümayəndəsindən İsrailə XƏBƏRDARLIQ

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi, beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurasını, iranlı müşavirlərin Sionist rejim tərəfindən Suriyada şəhid edilməsini pisləməyə çağırıb.

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki,  İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxtirəvançi BMT-nin Baş katibinə və BMT Təhlükəsizlik Şurasının hazırkı rəhbərinə yazdığı məktubda, İsrail rejiminin Suriyada İran müşavirlərinin şəhadətini cinayət və terror aktı kimi səciyyələndirərək, beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurasından bu cür təxribat və qətliamları pisləmələrini istəyib.

Məktubda bu cinayət əməllərinin bütün nəticələrinə görə İsrail rejiminin tam məsuliyyət daşıdığı, sionist rejimə bədxah əməlləri üçün ciddi xəbərdarlıq edildiyi və təbii olaraq İranın qanuni müdafiə və cavab vermə haqqına sahib olduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR