İranın BMT-dəki nümayəndəsi: Yəhya Sinvarın şəhadəti müqaviməti daha da ruhlandıracaq

İranın BMT-dəki nümayəndəsi: Yəhya Sinvarın şəhadəti müqaviməti daha da ruhlandıracaq

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani X sosial media platformasındakı paylaşımında şəhid Yəhya əs-Sinvarın fələstinli gənclər və uşaqlar üçün örnək və nümunə olacağını yazıb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki nümayəndəsi HƏMAS lideri Yəhya əs-Sinvarın şəhadəti xəbərinin ardınca verdiyi açıqlamasında bildirib: “Yəhya Sinvarın şəhadətindən sonra müqavimət ruhu yüksələcək.

ABŞ qüvvələri Səddam Hüseyni pərişan vəziyyətdə olan yeraltı çuxurdan çıxaranda, Səddam silahlı olmasına baxmayaraq, onu öldürməmək üçün onlara yalvardı. Səddamı müqavimət modeli kimi görənlər son nəticədə uğursuzluğa düçar oldular. Lakin müsəlmanlar gizlənmədən, düşmənlə üz-üzə, döyüş libasında döyüş meydanında dayanan Şəhid Sinvara baxdıqda müqavimət ruhu güclənər. O, Fələstinin azadlığı yolunda davam edəcək gənclər və uşaqlar üçün nümunə olacaq. Nə qədər ki, işğal və hücum var, müqavimət davam edəcək, çünki şəhid yaşayır və ruhlandırır”.
Qeyd edək ki, cümə axşamı axşam saatlarında işğalçı İsrailin işğalçı ordusu HƏMAS-ın siyasi ofisinin rəhbəri Yəhya əs-Sinvarın çərşənbə axşamı Rəfah şəhərinin şimalında, Tel əl-Sultan bölgəsində şəhid olduğunu və onun şəxsiyyətinin DNT testi ilə təsdiqləndiyini iddia edib. .

Xəbəri paylaş

VİDEOLAR