İranın Cenevrədə, BMT yanındakı səfiri və daimi nümayəndəsi deyib ki, Qüdsü işğal etmiş rejimin həyatı başqa ölkələrdə səbatsızlıq yaratmaqdan asılıdır.
Az.rasthaber.com "ABNA"ya istinadən xəbər verir ki, İsmayıl Bəqayi-Hamane MOSSAD-ın İraqın Ərbil şəhərindəki casusluq yuvasının məhv edilməsindən sonra sionist rejim nümayəndəsinin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-a qarşı işlətdiyi nalayiq ifadələrə cavab verib.
Sionizmin həm bünövrədən, həm də özünün meydan gəlməsinə əsasən, səbatsızlaşdırıcı bir ünsür olmasına işarə edən Bəqayi-Hamane deyib: Sionizmi qoruyan qüvvə, Qərb ilə islami cəmiyyətlər arasındakı gərginlikdir. Başqa sözlə, sionizm yalnız öz ətrafını səbatsızlaşdırmaq yolu ilə və başqalarının hesabına inkişaf edə bilər.
İranın Cenevrədə BMT yanındakı səfiri və daimi nümayəndəsi sözlərinə belə davam edib: Bu, hərcəhətli aparteid sistemini yaratmış bir təfəkkürdür və günahsız fələstinliləri öz hökmranlığı altına almaq, qırğın və xəsarətlər törətmək, fələstinlilərin torpaqlarını müsadirə edib, evlərini dağıtmaq haqqına malik olduğunu zənn edir.
Bəqayi-Hamane sonra sionistlərin İŞİD-lə əməkdaşlıqlarına işarə edib: Bu cəhətdən, onların, regionda terrorizm və zorakı ekstremizmin, həmçinin İŞİD-in kökünün kəsilməsinə kömək etmiş ən sərt bir qüvvə kimi, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın əlindən hiddətlənmələri təəccüb doğurmur.