İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, – paylaşımda qeyd olunub.