"İran İslam Respublikasının Azərbaycan Respublikası-Ermənistan münaqişəsi ilə bağlı mövqeyi barədəki son şayiələr ağ yalandır və əsassızdır".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, bu İranın Azərbaycanda səfirliyinin yaydığı məlumatda deyilir.
İranın Bakıdakı səfirliyi bəzi medialarda qərəzli məlumatların yayılmasına reaksiyada vurğulayıb ki, bədxahlar və düşmənlər iki dost və qardaş ölkənin münasibətlərinə xələl gətirmək istqamətində səy göstərirlər.
Bu məlumatda deyilir: "Ötən günlər ərzində İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri tərəfindən açıq mövqelərin elan olunmasına rəğmən, İran və Azərbaycan Respublikasının düşmənləri və bədxahları daima iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək istqamətindəki öz nəhs məqsədlərinə çatmaq istəyir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi elan edir ki, İran İslam Respublikasının Azərbaycan Respublikası-Ermənistan münaqişəsi ilə bağlı mövqeyi barədəki son şayiələr ağ yalandır və əsassızdır."
"İran və Azərbaycan Respublikası xalqlarının düşmənləri və bədxahları media təbliğatlarını işə salmaqla ictimai rəyi çaşdırmaq və həqiqətləri danmağa çalışırlar.
İran İslam Respublikası səfirliyi sonda saxta və əsassız xəbərləri təkzib edərək, bu şayiələrin yayılmasını kəskin tərzdə pisləyir və vurğulayır ki, İran və Azərbaycan Respublikası dost və qardaşdırlar, əbədiyyətədək bu dostluq və qardaşlıq davam edəcək və heç kəs ona xələl gətirə bilməz.", -deyə məlumatın sonunda qeyd edilir.