İranın ABŞ Ayn al Asad bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu

İranın ABŞ Ayn al Asad bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu

İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb

Rasthaber Azərbaycan bildirir ki,  Pentaqon İranın Ayn al Asad bazasına hücum zamanı yaralıların sayının 110 nəfər olduğunu bildirib.

AFP-nin məlumatına görə, Ayn al Asad bazasına hücum zamanı partlayışlardan yüngül kəllə beyin silkələnməsindən 77 nəfərdən 70 faizi xidmətlərinə qayıdıb.

Bu haqda Pantaqonun 22 fevralda verdiyi açıqlamada bildirilir.

İki ay əvvəl 35 nəfər Almaniyadakı hərbi hospitala göndərilib. Onlardan 25 nəfər ABŞ-a qayıdıb, 7 nəfər Almaniyada qalıb, 3 nəfərin isə İraqa qayıtdığı qeyd edilirdi.

Military.com saytı isə bir neçə ay öncə bu TBI xəsarətlərin normal şərtlərdə yaranan kəllə-beyin travması deyil, daha ağır nəticələr doğuran xəsarət adlandırıb.

Sayt yazır ki, adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulur. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün xəstəxanaya çatdırılmalı  və daimi nəzarətə götürülməlidir.

Xəbəri paylaş

VİDEOLAR