İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü 8 İran vaksinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün COVİD-19-a qarşı vaksinlərə namizədlər siyahısında yer aldığını bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Ərzaq və Dərman Təşkilatının sözçüsü Kiyanuş Cahanpur şənbə günü bir tvitdə İranın koronavirusa qarşı 8 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün namizədlər siyahısında yer aldığını və daha 8 vaksinin bu siyahıya daxil olmaq astanasında olduğunu bildirib.
"İranda COVİD-19-a qarşı vaksinin hazırlanması üçün bütün mümkün strategiyalar Laboratoriya istehsal mərhələsini keçb", -deyə o əlavə edib.
Qeyd edək ki, bütün dünyada təxminən 54 milyon nəfər koronavirusa yoluxub, onlardan ən azı bir milyon 311 min nəfər həyatını itirib, 37 milyondan çox xəstə isə sağalıb.