Rəisi bazar günü ümumdünya elmi olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib
Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi bazar günü ümumdünya elmi olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində və gənc alimlər klubunun dirçəlişi bayramında bütün qalibləri, təlim-tərbiyəçiləri, müəllimləri və onların ailələrini mübarək Fəcr günləri münasibətilə təbrik edib.
“İnqilabdan əvvəlki elm mərkəzləri ilə indikiləri müqayisə etsək, o vaxt nə qədər universitet və tələbəmiz olduğunu və indi nə qədər olduğunu öyrənirik.”, - görüşdə İran prezidenti deyib.
Rəisi İranın İnqilabdan əvvəlki və sonrakı elmi vəziyyətini müqayisə edərək sözlərinə belə davam edib: “Bu gün bizim 100 mindən çox professor-müəllim heyətimiz və elmi-tədqiqat mərkəzlərimiz var. 1977-ci ildə məqalələrin sayına görə 500 məqaləmiz var idisə, bu gün 78 min məqaləyə çatmışdır.”