İrandan Sepah polkovnikinə edilən sui-qəsdlə bağlı BMT-yə çağırış

İrandan Sepah polkovnikinə edilən sui-qəsdlə bağlı BMT-yə çağırış

Tehran Birləşmiş Millətlər Təşkilatından (BMT) İran İnqilab Keşikçiləri Korpusunun polkovnikinin öldürülməsini pisləməyi tələb edib.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Məcid Təxt-Rəvançi beynəlxalq ictimaiyyəti Xodainin öldürülməsini pisləməyə çağırıb və “terror və cinayət əməlinin” ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

O deyib:

"Bu cür terror aktlarının beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəli nəticələrini nəzərə alaraq, beynəlxalq ictimaiyyət ayrı-ayrı rejimlərin digər ölkələrin günahsız vətəndaşlarının bu cür vəhşicəsinə qətlə yetirilməsini qətiyyətlə pisləməlidir".

Xatırladaq ki, çərşənbə günü The New York Times qəzetinə anonim danışan bir kəşfiyyat rəsmisi bildirib ki, İranlı komandirin öldürülməsində İsrailin əli var və bu barədə ABŞ rəsmilərinə də məlumat verilib.

Qeyd edək ki, şəhid edilən Sepah polkovniki İran-İraq müharibəsinin veteranı və İnqilab Keşikçiləri Qvardiyasının Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparan əməliyyatlarda komandiri olmuşdur.

Xəbəri paylaş

VİDEOLAR