İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə, Ərəb Birliyinin xarici işlər nazirlərinin iclasında özünü dördlük adlandıran komitənin bəyanatını rədd edərək, Yəmənə və digər Qərbi Asiya ölkələrinə müdaxilə edənlərin, əsassız yerə, İranı digər ölkələrin daxili işlərinə qarışmaqda ittiham edən bəyanatlarının qəbuledilməz olduğunu bildirib.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, Ərəb Birliyi xarici işlər nazirlərinin 157-ci iclasında səsləndirdikləri ittihamları və özünü dördlük adlandıran komitənin açıqlamalarını rədd edən Xətibzadə, Ərəb ölkələrinin bu davranışından çox təəssüfləndiyini və bu ölkələri İran İslam Respublikası ilə regional qarşılıqlı fəaliyyət və diplomatiyaya qarşı bu cür əsassız fəaliyyətləri dayandırmağa çağırıb.
İranın xüsusilə, Yəmən və Qərbi Asiya ilə Şimali Afrika bölgələrində gərginliyi artıran müdaxiləçi ölkələr tərəfindən, başqa ölkələrin daxili işlərinə qarışmaq kimi əsassız iddiaların qəbuledilməz olduğunu qeyd edən İran XİN sözçüsü, bu cür açıqlamaların İranın qonşu dövlətlərlə əlaqələrinin güclənməsini əngəlləmək üçün edildiyini vurğulayaraq, İran İslam Respublikasının qonşularını dialoqa dəvət etmək və diplomatik kanallar vasitəsilə anlaşılmazlıqların aradan qaldırılması ilə bağlı qəti mövqeyini təkrarlayıb.
İran İslam Respublikasının 3 İran adası ilə bağlı Ölkənin suverenliyini və ərazi bütövlüyünü qoruduğunu bildirən Xətibzadə başqa ölkələrin bu mövzudakı müdaxiləsini pisləyib.
Xətibzadə İran İslam Respublikasının nüvə nailiyyətlərinin və müdafiə qabiliyyətinin qorunub saxlanması və möhkəmləndirilməsinin ölkənin strateji siyasətlərindən biri olduğunu bildirərək, İranın dinc nüvə sənayesini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.