İran İran Xarici İşlər Nazirliyi ötən gün Pakistan sərhədində baş verən hücumla bağlı açıqlama yayıb.
Az.rasthaber.org xəbər verir ki, açıqlamanın bir hissəsinə aşağıdakı ifadələr daxil edilmişdir.
"İran iki ölkənin xalqları və hökumətləri arasında mehriban qonşuluq və qardaşlıq siyasəti yürüdür və düşmənlərin bu münasibətləri korlamasına imkan verməyəcək. Xalqın təhlükəsizliyi və ölkənin ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Biz dost və qardaş Pakistan hökumətinin Pakistandakı silahlı terror qruplaşmalarının qarşısını almaq üçün üzərinə götürdüyü öhdəliklərə əməl etməsini gözləyirik."
"İran dost və qardaş Pakistan hökumətinin silahlı terrorçulardan ayrı olduğunu və İranla həmişə qonşuluq siyasətinə sadiq qaldığını, xüsusilə soyqırım və sionist rejimin cinayətlərinin İslam dünyasının əsas qayğısı olduğu bir vaxtda düşmənlərinin və onların terrorçu müttəfiqlərinin bu əlaqələri korlamasına icazə verməyəcəyini ümid edir”.