XİN sözcüsü Hookun nüvə razılaşması yerinə “Tramp anlaşması” təklifinə reaksiya verib
Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN sözcüsü Abbas Musəvi tvitterdən ABŞ-ın İran işləri üzrə xüsusi təmsilçisi Brian Hookun nüvə razılaşması yerinə “Tramp anlaşması” təklifinə reaksiya verib.
Musəvi “Bu uzun müddətli dəli fanatizmin bir sübutudur. Bu dərin institusional təkəbbür və özünü böyük görməkdən qaynaqlanan bir durumdur.”, -deyə qeyd edib.
İngiltərə baş naziri Conson 14 yanvarda BBC-yə verdiyi müsahibəsində nüvə anlaşmasının Trampın gözündə qüsurlu olduğunu qeyd edərək “Gəlin anlaşmayı dəyişdirmək üçün birlikdə işləyək və yerinə Tramp anlaşması təklif edək”, - demişdi.