İrandan nüvə proqramını dayandırmağın istənilməsi ilə bağlı xəbərlər təkzib edilib

İrandan nüvə proqramını dayandırmağın istənilməsi ilə bağlı xəbərlər təkzib edilib

İran və ABŞ arasında dolayısı danışıqların ikinci raundu planlaşdırıldığı kimi yekunlaşdığı və üçüncü raundun müddətinin gələn həftəyə təyin edildiyi bir vaxtda, danışıqlar qrupuna yaxın mənbə İRNA-ya bildirib ki, ümumiyyətlə, İranın sülhməramlı nüvə proqramının dayandırılması məsələsi danışıqlarda gündəmə gətirilməyib.

Az.rasthaber.com xəbər verir ki, İtaliyanın paytaxtında Oman Sultanlığının diplomatik binasında İran və ABŞ arasında dolayı danışıqların ikinci raundu başa çatdıqdan sonra mediada bu danışıqlar prosesinə təsir etmək məqsədi daşıyan uydurma xəbərlərin yayılması başlayıb. Ən son uydurmalarda Vaşinqtonun İranın sülhməramlı nüvə proqramını dayandırmaq tələbi ilə bağlı media xəbərləri dərc olunub.

 

Bu uydurmalara baxmayaraq, İRNA-nın Romadakı müxbirinə bildirilib ki, nə danışıqlarda belə bir məsələ gündəmə gətirilməyib, nə də İran İslam Respublikası son iyirmi ildə yalnız sionist rejim tərəfindən qabardılan belə qeyri-real və məntiqsiz tələblərə qulaq asmağa hazır deyil.

Xəbəri paylaş

VİDEOLAR