İrandan Netanyahunun təhdidlərinə CAVAB

İrandan Netanyahunun təhdidlərinə CAVAB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sionist baş nazir Binyamin Netanyahunun hücum hədəsi ilə bağlı mətbuata açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sionist rejimin baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışında İranla bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Əmir Abdullahiyan Netanyahunun İrana qarşı əsassız ittihamlarını və təhdidlərini heç kimin ciddiyə almadığını bildirib və deyib: 

"Bu, ilk növbədə, Netanyahunun və saxta İsrail rejiminin təhdid etmək qabiliyyətidir. Ona görə də bir şey edə bilsələr, belə ritorikaya əl atmazdılar. Bu gün onlar (sionistlər) işğal olunmuş ərazilərdə çox səviyyəli böhranlarla mübarizə aparırlar.

İkincisi, saxta və işğalçı rejimin baş naziri dünya qaydalarına məhəl qoymadan BMT tribunasından təhdid dilini işlədir. Bu da sionist rejimin beynəlxalq vasitələrdən bəhrələnməsini göstərən faktdır".

İranlı nazir əlavə edib ki, Baş Assambleyanın iclasında iştirak edən müxtəlif ölkələrdən bəzi rəsmilər Netanyahunun davranışını zarafat kimi qiymətləndiriblər.

Abdullahiyan daha sonra deyib:

Yüzlərlə nüvə başlığına sahib olan sionistlər təhdid proqramlarını düşünmədən davam etdirirlər”. 

Xəbəri paylaş

VİDEOLAR