İrandan Netanyahunun iddialarına sərt reaksiya

İrandan Netanyahunun iddialarına sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Twitter hesabında paylaşım edərək, İsrailin "təkrarlanan anti-İran iddialarına" reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun “anti-İran iddialarını təkrarladığını” ifadə edən Kənani, Netanyahunu “özünə və qeyri-qanuni İsrail rejiminə legitimlik yaratmağa çalışmaqda” ittiham edib.

Kənani paylaşımında bildirib:

"70 ildən artıqdır ki, sionist rejim şəxsiyyət əldə etmək üçün soyqırım, talan, məcburi köçkünlük və insan haqlarına zidd onlarla hərəkətlər həyata keçirib".

ABŞ, İngiltərə və bəzi Avropa ölkələrinin bu qeyri-qanuni varlığa dəstək verməsinin yanlış olduğuna işarə edən Kənani, "Fələstini məhv etmək olmaz, çürüklük və xarablıq sionist rejimin xas bir xüsusiyyətidir" dedi.

Qeyd edək ki, cümə axşamı Netanyahu kabinetinin ən mühüm missiyasını "İran tərəfindən İsrailin məhv edilməsinin qarşısını almaq" olduğunu elan edib və bu rejimin Tehranın "nüvə silahı" əldə etmək səylərinin qarşısını almağa çalışacağını iddia edib.

Xəbəri paylaş

VİDEOLAR