İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist rejimin Bəhreyndə yeni səfirlik açmasına reaksiya verərək deyib: İşğalçı rejimlə hər hansı güzəştə getmək İslam ölkələrinin humanitar və beynəlxalq məsuliyyətlərinə ziddir.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani sionist nazir Eli Koenin Bəhreynə səfəri və bu rejimin Manamada yeni səfirlik açmasına reaksiya verib.
Kənani deyib:
"Sionist rejim dərin daxili böhran, beynəlxalq və insan haqları institutlarının hər gün fələstinlilərin öldürülməsi ilə bağlı müxalifət və tənqidlərin yayılması səbəbindən zəifləmiş, korlanmış və süquta uğradığı bir vaxtda İslam ölkələrinin işğalçı rejimə hər hansı güzəştə getməsi siyasi baxımdan ağlabatan deyil.
Bu Fələstin xalqının ayrılmaz hüquqlarını dəstəkləmək üçün bu ölkələrin humanitar, mənəvi və beynəlxalq öhdəliklərinə ziddir.
Bəzi İslam hökumətlərinin qatil sionist rejimlə barışması Fələstin xalqının öz torpaqlarını bu rejimin pəncəsindən azad etmək əzmkarlığını qıra bilməyəcək və çökməkdə olan sionist rejimi süqutdan xilas etməyəcək.".