İrandan həbs edilən 2 Fransa vətəndaşı ilə bağlı AÇIQLAMA

İrandan həbs edilən 2 Fransa vətəndaşı ilə bağlı AÇIQLAMA

İranın Kəşfiyyat Naziri Seyid İsmayıl Xətib “xaos və ictimai iğtişaş yaratmağı planlaşdırdıqları” səbəbilə saxlanılan 2 Fransa vətəndaşı ilə bağlı açıqlama verib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İranın Kəşfiyyat Naziri Seyid İsmayıl Xətib, "xaos və ictimai nizamsızlıq" yaratmağı planlaşdırdıqları səbəbilə saxlanılan 2 Fransa vətəndaşının turist olmadığını bildirib.

İsmayıl Xətib sözügedən şəxslərin İrana gəldikdən sonra bir sıra qeyri-qanuni təşkilatlarla görüşlər keçirdiyini bildirib:

"İki Fransa vətəndaşı həmkarlar ittifaqı adı altında fəaliyyət göstərən qeyri-qanuni qruplar arasında əlaqə yaratmaq və xarici kəşfiyyat xidmətlərinin planlarını həyata keçirmək məqsədi daşıyıb".

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi tərəfindən mayın 11-də verilən yazılı açıqlamada, iki avropalının ölkədə “xaos və ictimai nizamsızlıq” yaratmağı planlaşdırdıqları səbəbilə saxlanıldığı açıqlanmışdı.

Xəbəri paylaş

VİDEOLAR