İrandan Fələstinli qadınların öldürülməsinə səssiz qalan Kanadaya reaksiya

İrandan Fələstinli qadınların öldürülməsinə səssiz qalan Kanadaya reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Qəzzada fələstinli qadınların öldürülməsinə səssiz qalan Kanadanın münasibətini tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Kanada hökumətinin Tehran metrosunun baş meneceri və iranlı qadın deputatı sanksiyalar siyahısına əlavə etməsini kəskin şəkildə pisləyib.

"Kanada rəsmiləri qadınların hüquqlarının vəziyyətindən narahat olsalar, fələstinli qadınların öldürülməsinə dair susqunluqlarına açıq şəkildə cavab versələr daha yaxşı olar", - Kənani deyib.

Nasser Kenani vurğulayıb ki, Kanadanın İranın insan haqları məsələlərində verdiyi qərarlar siyasi və təbliğat məqsədlidir.

Sosial media hesabında mesaj paylaşan sözçüsü Kənani, Qəzza zolağında mülki qırğınlarda qadınları qətlə yetirən sionist İsrailin BMT-nin Qadınların Vəziyyəti Komissiyasından çıxarılmasını istəyib.

Xəbəri paylaş

VİDEOLAR