“Əhməd-Rza Cəlalinin mübadiləsi məsələsi müzakirə obyekti deyil”.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin Məhkəmə Hakimiyyətinin mətbuat katibi Məsud Setayeşi deyib.
İran rəsmisi bu gün keçirilən mətbuat konfransında ölkədə İsrailə cəsusluqda ittihamlandırılan və edama məhkum edilən (sonradan İsveç vətəndaşlığı verilən) Əhməd-Rza Cəlalinin mübadiləsinin müzakirə obyekti olmadığını bildirib.
O, əlavə edib ki, İsrailə cəsusluq edən bu şəxsin barəsində hökm icra mərhələsindədir.
Qeyd edək ki, hazırda İsveçdə həbsdə olan sabiq İran diplomatı Həmid Nurinin İsrailə cəsusluqda ittihamlandırılan şəxslə mübadiləsi bir sıra KİV-lərin gündəmindədir.