İrandan dörd ərəb dövlətinin İsraildəki toplantısına MÜNASİBƏT

İrandan dörd ərəb dövlətinin İsraildəki toplantısına MÜNASİBƏT

İran dörd ərəb dövlətinin İsraildəki toplantısını xəyanət adlandırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dörd ərəb dövlətinin ABŞ və İsraillə birgə altıtərəfli görüşünə toxunaraq, bunu “Fələstin məsələsinə xəyanət” adlandırıb.

Qeyd edək ki, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Misirin xarici işlər nazirləri sammitdə iştirak etmək üçün İsrailin (işğal etdiyi) ən-Nəqib səhrasına səfər etmişdilər.

İsrail ən-Nəqib səhrasında keçirilən altıtərəfli danışıqları "tarixi" görüş adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü görüşə reaksiya verərək deyib:

“Tarixi təcrübə göstərdi ki, barışıq və təslim olma prosesi öz tərəfdarlarının məğlubiyyəti və alçaldılmasından başqa heç nə ilə nəticələnməyəcək və Fələstin torpağı müqavimətdən başqa heç bir yolla azad edilməyəcək".

Xəbəri paylaş

VİDEOLAR