İrandan Avropaya xəbərdarlıq: Cavab veriləcək

İrandan Avropaya xəbərdarlıq: Cavab veriləcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkədəki etirazlarla bağlı Avropa rəsmilərinin “müdaxilə”sinə və münasibətinə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Abdullahiyan İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə İrandakı etirazlar və nüvə müzakirələri ilə bağlı telefon danışığı aparıb.

Abdullahiyan həmkarı ilə görüşündə bildirib ki, İran dinc tələblərə hörmət edir, lakin xüsusilə ölkəsinin qərb bölgələrində və cənub-şərqdəki Zahidan şəhərində, "xaricilərin, agentlərin və terrorçuların dinc nümayişləri günahsız insanların və mühafizəçilərin öldürüldüyü zorakılıq və xaosa çevirdiyini" bildirib.

Xəbəri paylaş

VİDEOLAR