İrandan Avropa dövlətlərinə XƏBƏRDARLIQ

İrandan Avropa dövlətlərinə XƏBƏRDARLIQ

İran Xarici İşlər Nazirliyi Avropa ölkələrinə İran İslam İnqilabı Keşikçiləri Korpusunu “terror təşkilatı” kimi elan etməmək barədə xəbərdarlıq edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin köməkçisi Rəsul Musəvi açıqlama verib.

“Avropa ölkələrinin İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” adlandırılması İrandan daha çox bu ölkələr üçün texniki və strateji problemlər yaradacaq”, deyə o əlavə edib.

Musəvi əlavə edib: "Yaxşı olar ki, məntiqli düşünə bilən avropalı siyasətçilər özlərinin yaratdıqları atmosferin əsiri olmasınlar.”

Qeyd edək ki, son günlərdə Britaniya və Avropa İttifaqı ölkələrində Sepah-ın terror təşkilatı kimi elan edilməsi gündəmə gətirilib.

Xəbəri paylaş

VİDEOLAR