İrandan Aİ və Böyük Britaniyanın sanksiya qərarına reaksiya

İrandan Aİ və Böyük Britaniyanın sanksiya qərarına reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Avropa İttifaqı (Aİ) və İngiltərənin İranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verərək, bu qanunsuz və müdaxiləni kəskin pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Kənani bildirib:

“Görünür, sanksiyalardan asılılıq Avropa tərəfləri arasında rasionallığı marginallaşdırıb və Avropa bu yanlış yanaşma ilə münasibətlər dairəsini daha da daraldır.

İran, əvvəlki kimi, milli gücünə arxalanaraq və qarşıya qoyulan çağırışlarla fəal mübarizədə unikal təcrübəsindən bəhrələnərək, bu kimi faydasız və qeyri-konstruktiv tədbirləri nəzakətlə və güclə, milli namus və mənafedən çıxış edərək, təsirli və qarşılıqlı surətdə görüb cavab verəcəkdir.".

Xəbəri paylaş

VİDEOLAR