İrandan ABŞ və üç Avropa ölkəsinə xəbərdarlıq

İrandan ABŞ və üç Avropa ölkəsinə xəbərdarlıq

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: “Əgər anti-İran qərar təsdiqlənərsə, Tehranın cavabı qəti və təsirli olacaq”.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və üç Avropa ölkəsi İngiltərə, Fransa və Almaniyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasına anti-İran qətnaməsi təklifi ilə bağlı hərəkətini rədd edib və bunun etibarsız olduğunu bildirib.

İranlı diplomat xəbərdarlıq edib ki, qətnamə təsdiq olunarsa, Tehranın cavabı qəti və təsirli olacaq.

Kənani sözlərini davam etdirərək, “ABŞ, İngiltərə, Fransa və Almaniya İrandakı son vəziyyətdən istifadə edərək ölkəyə siyasi təzyiq göstərməyə çalışırlar, bu hərəkət MAQATE ilə problemlərin həllinə mənfi təsir göstərəcək”, - deyə qeyd edib.

Qeyd edək ki, ABŞ nüvə sazişinin üzvü olan üç Avropa ölkəsi (İngiltərə, Fransa və Almaniya) ilə birlikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin İcraiyyə Şurasında baxılmaq üçün İrana qarşı qətnamə layihəsi hazırlamağa başlayıb.

Xəbəri paylaş

VİDEOLAR